Ermənistan Azərbaycanla həmsərhəd kəndlərin boşalmasının qarşısını almağa çalışır

Ermənistan hökuməti Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə olan kəndlərdə əhalini bütün növ vergilərdən azad etmək barədə qərar qəbul edib.
 
Əsasən istifadə edilməyən torpaqları olan 31 kənddə biznesin aparılması vergilərdən azad ediləcək.
 
Qeyd edək ki, Azərbaycan ilə həmsərhəd olan erməni kəndləri ağır sosial-iqtisadi vəziyyət ucbatından boşalır, bu kəndlərin sakinləri öz evlərini tərk edirlər. Görünür, erməni hökumətinin bu addımı göstərilən ərazilərdə yaşamaq üçün lazımi şəraitin olmaması ucbatından məcburi miqrasiyanın qarşısını almaq üçün atılıb. 

Google+ WhatsApp ok.ru