Erməni əsilli alman siyasətçi müsəlmanları təhqir etdi

Alman Xristian Demokratlar Birliyinin üzvü olan erməni əsilli siyasətçi müsəlmanları təhqir edib.

Maide.az dunyabulleteni.net-ə istinadən xəbər verir ki, Madlen Vartiyan adlı siyasətçi facebook profilində türklər, kürdlər və ərəblər olmaqla bütün müsəlmanlara təhqir dolu ismarıc yazıb.
Almaniya Ermənilər Şurasının sədr müavini də olan Vartiyan, Fələstində bir neçə gün öncə kilsə yandırılması hadisəsində müsəlmanların günahkar olduğunu iddia edib.
Fələstində təcavüzçü İsrailin müsəlmanlara etdiyi zülmü, müqəddəs məscidlərə buraxılmamasını görməyən bu siyasətçi, kilsə yandırılmasında müsəlmanları günahkar bilərək onları təhqir edib.
M. Vartiyan müsəlmanları nəzərdə tutaraq “!onların olduğu yerdə bir ot belə bitmir” kimi təhqiredici ifadələr işlədib.
Daha sonra facebook istifadəçilərinin kəskin etirazına səbəb olan Vartiyan, hətta milliyətini də danaraq erməni olmadığını söyləyib. O, bundan sonra müsəlmanlara daha ağır təhqirlər yazaraq, “müsəlmanlara necə istəsəm elə də ad qoyaram” deyərək özünü daha da cılızlaşdırıb.
Məsələyə Xristian-Ələvi Komitəsinin icraçı direktoru Peter Sauber reaksiya verərək, Vartiyanın bu ifadələrinin qəbuledilməz olduğunu bildirib və onu tənqid edib.
Arıdıcıl sərt tənqidlərdən sonra erməni əsilli siyasətçi mesajlarını facebook profilindən silib. /
 

Google+ WhatsApp ok.ru