Ermənilər kəndlərimizi BM-21 ilə vurur

"Ermənilər BM-21 reaktiv yaylım atəş sistemlərindən atəş açmağa da başlayıblar.
 
Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır".
 
Bunu Report-a Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. V.Dərgahlının sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülkü şəxsləri atəşə tutur.
 
“Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır”
 
Qeyd edək ki, sözügedən texnika "Qrad"ın daha inkişaf etdirilmiş versiyasıdır. BM-21 daha çox "Qrad" reaktiv yaylım atəşi sistemi kimi tanınır. NATO ölkələrində bu sistem əvvəllər M1964 kimi tanınırdı. Bir sıra digər ölkələr bu texnikanın təqlid və ya oxşar sistemləri hazırlanıb.

Google+ WhatsApp ok.ru