ETSN plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb

ETSN plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə nazirlikdə keçirilən mətbuat konfransında qurumun Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
 
Onun sözlərinə görə, hazırda bununla bağlı tədbirlər hazırlanır: "Bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır.
 
Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır.
 
Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır.
 
Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcəkdir.
 
 

Google+ WhatsApp ok.ru