Evakuator sürücüləri Bakıda qanunları tapdalayır - VIDEO

Evakuator sürücüləri törədikləri qayda pozuntularına görə cərimə olunmalıdır.
 
Son vaxtlar Bakıda evakuator avtomobillərinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir. Daşıdıqları avtomobilləri ya cərimə meydançasına, ya da təmir məntəqəsinə aparmaq üçün dəridən-qabıqdan çıxan sürücülər elə zənn edirlərki yolda əsas üstünlük məhz onlardadır.
 
“Yol hərəkəti haqqında» qanunun tələbinə əsasən, evakuator avtomobilləri xüsusi təyinatlı və ya operativ nəqliyyat vasitələri sayılmır. Bəzi hallarda evakuator avtomobillərinin sürücüləri yanında yol polisi əməkdaşı olduğu halda da qaydalara əməl etmir. Ekspertlər belə halda yol polisi əməkdaşının göstərişi əsasında qaydalardan kənara çıxmağa icazə verildiyini bildirirlər.
 
Bununla yanaşı, evakuator sürücüləri yol hərəkəti qaydalarına əməl etmədiyi təqdirdə digər sürücülər kimi törədikləri qayda pozuntularına görə cərimə olunacaqlar. xezerxeber /
 

Google+ WhatsApp ok.ru