Everest dağının hündürlüyünü yenidən ölçəcəklər

Everest dağının hündürlüyünü yenidən ölçəcəklər

Təbii Ehtiyyatlar Nazirliyindən ölçüm mütəxəssisləri ilə professional alpinistlərdən ibarət 30 nəfərlik qrup Nepal-Çin sərhədindəki Everest dağının Çin tərəfindəki ana düşərgədən yola çıxıb.
 
Maide.Az "Xinhua" agentliyinə istinadla  xəbər verir ki, Aprelin əvvəlindən bu yana ana düşərgədə yüksək təzyiqə uyğunlaşma işləri həyata keçirən qrup, hava şərtlərinin uyğun olması halında ayın sonunda zirvəyə çatmağı məqsəd qoyub.
 
Qrup zirvəyə çatdıqda, Qlobal Mövqeləmə Sistemi (GPS) və spesifik ağırlıq ölçən qravimetr kimi alət və cihazların köməyiylə zirvə hündürlüyünün həssas ölçümünü etməyə çalışacaq.
 
Çin daha əvvəl 1975 və 2005-ci illərdə zirvənin hündürlüyünü ölçmək üçün Everestə kəşf qrupları göndərmişdi. O dövrdə dağın yüksəkliyi sırasıyla 8 min 848 metr 13 santimetr və 8 min 844 metr 43 santimetr ölçülmüşdü.

Google+ WhatsApp ok.ru