Evi sökülən sakinlər üçün yeni binalar tikilir 17 Oktyabr 2014 01:00 Ölkə İstismar müddəti başa çataraq sökülmüş binaların yerində yeniləri tikilir. Axar.az xəbər verir ki, Heydər Əliyev prospektində yeni yaşayış binalarının inşasına başlanılıb. Paytaxtın Nərimanov rayonu ərazisindəki Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, akademik H.Əliyev küçələrində istismar müddəti başa çatmış yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilir. İstismar müddəti başa çatmış həmin binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binalarının tikintisi aparılır. Xatırladaq ki, Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış daha 8 yaşayış binası sökülüb. Onların yerində müasir, sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli mənzillərdən ibarət dörd 7 mərtəbəli yeni yaşayış binasının inşasına başlanılıb. / Teqlər : #Evi sökülən sakinlər üçün yeni binalar tikilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə 2 azərbaycanlı həbs olundu General DYP əməkdaşlarının xanıma qarşı kobud hərəkətini nəzarətə götürdü