`Şeyx İsa Qasim, Ali-Xəlifə rejiminin Bəhreyn xalqına uzun müddət rəva gördüyü zülmlərin önündə duran ədalət sədasıdır`

`Şeyx İsa Qasim, Ali-Xəlifə rejiminin Bəhreyn xalqına uzun müddət rəva gördüyü zülmlərin önündə duran ədalət sədasıdır`

Xəbər verdiyimiz kimi, Diktator Bəhreyn rejimi ölkənin ən böyük siyasi cəmiyyəti və müxalifətin aparıcı qurumu əl-Vefaqın faliyyətini qadağan etdikdən sonra aksiyaların lideri Ayətullah Şeyx İsa Qasimi də ölkə vətəndaşlığından məhrum edib.
 
Son zamanlar şiə alimlərinə, xüsusən də Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimə qarşı olan haqsızlıqlarla  bağlı Maide.Az-ın sualını Sərdar Hacıhəsənli cavablandırıb. 
 
Sərdar Hacıhəsənli Bəhreyndə baş verən son olaylar barəsində bunları dedi:
 
"Bismillahir-rəhmanir-rəhim. Diktaturanın hakim olduğu hər bir ölkədə müştərək bir cəhət var; bu da onların əhaliyə qarşı amansızlığından ibarətdir. Səbəb isə, diktatur rejimlərin xalqı nəzərə almaması, onların hüquq və əmlakına təcavüzü ilə əlaqəlidir. Allaha şükürlər olsun ki, hər zaman hər bir yerdə diktatorların önündə duracaq insanlar olub və olmaqdadır. Belə hallarda diktatorlar tutduqları yanlış davranış tərzini düzəltməyə yox, önündə duran insanları məhv etməyə qalxırlar. Bu gün Bəhreyndə müşahidə etdiklərimiz məlum rəftar da bu qəbildəndir. Şeyx İsa Qasim, Ali-Xəlifə rejiminin Bəhreyn xalqına uzun müddət rəva gördüyü zülmlərin önündə duran ədalət sədasıdır.
 
Hakimiyyətini ləyaqət və xidmət əsasında deyil, xalqa süvar olmuş sülalənin varisi olaraq əldə edənlər, hüquq və qanun tanımadıqlarından dolayı onlarla yaşayan insanları ölkənin bərabər hüquqlu vətəndaşı deyil, elə hakimiyyətləri kimi dədələrindən qalmış miras kimi görürlər. Özlərini ölkənin mütləq şəkildə toxunulmaz zatı, xalqı isə bütövlükdə kölə hesab edirlər. Bu isə, diktatorlarda fərdi həvəslərinin “hər biri baş tutmalıdır” kimi qəribə amiranə bir hiss yaradır. Belə olduqda, xalqın əmlakı talanır, hüququ tapdalanır, şərəf və heysiyyəti alçaldılır. Ali-Xəlifə rejiminin Bəhreyn xalqına etdiyi zülm və təcavüzlərin qarşısında etiraz səsini qaldıran Şeyx İsa Qasimə qarşı çıxarılan ədalətsiz qərar (ölkə vətəndaşlığının ləğvinə dair qərar) Bəhreyndə durumun nə qədər acınacaqlı olduğunun göstəricisidir. Sülalə xalqa zülm edir, önündə dayanıb dur deyənlərə ölkədə yaşamaq qədərində belə hüquq tanımır. Lakin son bir neçə gündə Bəhreyn xalqının Şeyx İsa Qasimi kütləvi şəkildə müdafiə etməsi rejimin xalqın gözündə nə qədər mənfur simaya malik olduğunu bir daha göstərir. Ümidvaram ki, xalq öz haqlı tələbini axıra qədər təqib edəcək və rejimi onların hüquqlarına təcavüzdən çəkinməyə vadar edəcəkdir."  /
 

Google+ WhatsApp ok.ru