Fərqli formada hərəkət edən və 6 min avroya başa gələn yeni velosiped -VİDEO

Fransada üç gənc sahibkar tərəfindən hazırlanan "Trocadero-fixie" adlı velosipedin təqdimat videosu yayımlanıb.
 
Video sosial mediada böyük marağa səbəb olub. İohan Le Bon, Alexis Honore və Alban Haloçe adlı gənclər velosiped sürənlərə sürüşmək hissi yaradan velosiped təqdim ediblər.
 
Velosiped də ön təkər sabit qalır, arxa hissə isə sağa-sola çevik hərəkət edir.
 
İlk prototip üçün 6 min avro xərcləyən velosiped həvəskarları izləyənlərin diqqətini indidən cəlb etməyi bacarıblar. (xezerxeber)
 

Google+ WhatsApp ok.ru