Fəllucədə bir neçə strateji əhəmiyyətli yerlər İŞİD-dən təmizlənib

İraq təhlükəsizlik qüvvələri Anbar əyalətində bir neçə strateji əhəmiyyətli  qaz və elektrik stansiyalarını və Fəllucə  su təmizləmə stansiyasını İŞİD-in işğalından azad edib. 
Maide.Az xəbər veri rki,  Fəllucə əməliyyatının komandiri Əbdülvəhab Əl-Saedi elan edib ki, İraq qüvvələri Fəllucə şəhərinin 3.5 kilometrliyinə çatıblar.  
Qeyd edək ki,  İraq silhalı qüvvələri  iki həftə öncə  Bağdadın 50 kilometr qərbində yerləşən Fəllucə şəhərinin azad olunması əməliyyatını başladıb.  Əməliyyatda  22 min  ordu, federal polis, terrorizmlə mübarizə qüvvələri və könüllülər iştirak edir.  
Fəllucə şəhəri 2014-cü ildən İŞİD-in işğalındadır. 
 

Google+ WhatsApp ok.ru