Facebook-dan YENİ FUNKSİYA

Facebook-dan YENİ FUNKSİYA

-- Kimsə sizin şəklinizi qoyubsa...

Facebook konkret istifadəçinin portretini izləməyə imkan verən yeni funksiyanı işə salıb.
 
Yeni servis  akkauntun sahibinə onun şəklinin kim isə tərəfindən qoyulduğu barədə xəbərdarlıq edir. Bu barədə The Verge xəbər yayıb.
 
«Kimsə sizin şəklinizi qoyubsa, bundan xəbəriniz olmalıdır», - deyə Facebook-un gizlilik bölməsinin rəhbəri Rob Şerman bəyan edib.
 
Xəbərdarlıqdan sonra  istifadəçi dərc olunan şəkildə öz adını qeyd edə, posta etinasızlıq göstərə, yaxud da icazə vermədiyi şəklə görə şikayət verə bilər.(Faktxeber)
 

Google+ WhatsApp ok.ru