Facebook “video oğrularını” tutacaq

Facebook elan edib ki, internetdə video piratlığının qarşısını almaq üçün yeni alət tətbiq edir.
 
Şirkət bildirir ki, yeni video tutuşdurma texnologiyası seçilmiş materialın yaradıcılarını həmin materialın Facebook-da icazəsiz postlandığı barədə xəbərdar edəcək.
 
Avqust ayında “YouTube ulduzlarından” Hank Green Facebook-un video piratlığına məsuliyyətsiz yanaşmasını tənqid edən bloq yazmışdı.
 
Facebook son vaxtlar öz video biznesini genişləndirməyə çalışır. Onun planlarına ilk dəfə olaraq reklamların verilməsi də daxildir.
 
Bununla belə, iyun ayında aparılmış araşdırma göstərib ki, Facebook-dakı ən populyar videoların 83 faizi başqa internet saytlarından “qoparılıb”.
 
İş işdən keçəndəmn sonra?
 
Facebook elan edib ki, yeni “tutuşdurma” aləti milyonlarla video yüklənməsini tez bir zamanda analiz edəcək və materialların uyğun gəldiyi hallarda müəlliflər və naşirlər bu materialların silinməsi üçün müraciət edə biləcəklər”.
 
Yeni alət təkmilləşdirilənədək belə bir imkan “partnyorların kiçik bir qrupu”na veriləcək.
 
Xəbər verilir ki, təkmilləşdirilmiş texnologiya təkcə videoları deyil, onların fraqmentlərini də “tanıya” biləcək.
 
Lakin ekspertlər deyirlər ki, video yükləməsindən sonra keçən bir neçə saat “qızıl fürsət pəncərəsidir”.
 
Başqa sözlərlə, xəbərdarlıq verilib tədbir görülənədək iş işdən keçə bilər.

Google+ WhatsApp ok.ru