Facebook düşüncə ilə kompyuterlərin idarəsinə hazırlaşır - VİDEO

Facebook düşüncə ilə kompyuterlərin idarəsinə hazırlaşır - VİDEO

Facebook düşüncənin köməyi ilə  kompyuterlərin idarəsinə  imkan verən metodlar hazırlayır.
 
Bu barədə kompaniyada uyğun araşdırmalarla məşğul olan Building-8 adlı bölmənin rəhbəri Reqina Duqan bildirib.
 
"Fikirləriniz birbaşa yazsaydınız necə olardı? Bu real görünmür, lakin bu, sizin gözlədiyinizdən tez baş verə bilər", - deyə o, Facebook-un Kaliforniya ştatında təşkil olunmuş  tədbirdə çıxışında bildirib.
 
Kompaniyanın əməkdaşı bildirib ki, yaxın perspektivdə düşüncənin köməyi ilə dəqiqədə 100 söz yazmağa imkan verən və insan bədəninə hər hansı elementin aşılanmasını tələb etməyən sistem hazırlamaq durur. 
 
Çıxış zamanı Duqan bir iflic qadının implantın köməyi ilə düşüncələri ilə yazını dərc etməsi barədə video göstərib. Building-8-in rəhbərinin sözlərinə görə, bu sistem  dəqiqədə 8 söz danışmağa imkan verir.
 
 
Duqan həmçinin bildirib ki, Facebook eşitmə qabiliyyəti olmayan insanların səsləri qəbul etməsi üçün texnologiya hazırlayıb. Söhbət  səsin vibrasiya və digər siqnallar çevrilərək dəri ilə hiss etməkdən gedir.
 
Bununla bağlı video nümayiş edilib. Kadrlarda görmə və eşitmədən məhrum olan  kişinin  Building-8in yaratdığı qurğularla ünsiyyəti görünüb.
 
"Dərinin  ümumisahəsi 2 kv metrdir. Bu informasiyanı beyinə ötürən  mürəkkəb sinir  sistemidir", - deyə Duqan bildirib. O, Facebook-un hazırladığı texnikanı  Brayl şrifti ilə eyniləşdirib. (faktxeber) /
 

Google+ WhatsApp ok.ru