Facebook hesabları telefon nömrəsiylə oğurlana bilər 17 İyun 2016 01:00 Maraq dünyası Şifrəsi ən qəliz Facebook hesabı da ələ keçirilə bilər. Sosial şəbəkədəki təhlükəsizlik boşluğu yenicə üzə çıxarılıb. Sən demə, profilləri oğurlamaq istəyən hakerlər öz qara niyyətlərini gerçəkləşdirərkən, telefon nömrələrindən yararlanırmış. Boşluq sosial şəbəkənin özündə deyil, mobil operatorların şifrələmə protokolunda - SS7-də üzə çıxır. Bu boşluqla hakerlər telefona göndərilən təsdiqləmə koduna çatır və profili ələ keçirirlər. NECƏ QORUNMALI? Sosial şəbəkə istifadəçiləri öz hesablarını sadə bir üsulla qoruya bilərlər. Bundan ötrü Facebook-da telefon nömrəsi gizlədilməlidir. İstifadəçilər iki addımlı təsdiqləmə üsulunu da aktivləşdirməlidirlər. Bu zaman SMS yerinə, Facebook-un öz kod ayarlarından faydalanmaq gərəkdir. / Teqlər : #Facebook hesabları telefon nömrəsiylə oğurlana bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Telegramda robot müsəlmanların sualına cavab verəcək Müsəlman tələbələr ingilislərə halal qida tapmaq üçün mobil proqram hazırlayıb