Facebook Messenger-də daha bir yenilik - VİDEO

Facebook Messenger-də daha bir yenilik - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Facebook-un  məşhur  mesajlaşma platforması  Messenger-i yenilənməyə davam edir.
 
Bir müddət əvvəl Androiddə  SMS özəlliyi əlavə edən  Facebook, bu dəfə daha genişmiqyaslı dəyişikliyə yer verib. Belə ki, Messenger-in dizaynını daha da sadələşdirərək, istifadəçilər üçün rahat hala gətirib.
 
Tətbiqin  dizayn yeniliyi  hələ ki, «Home» - yəni Ana Səhifədədir. Belə ki, səhifənin  yuxarısında  yenə son yazışmalarınız yer alır, ancaq onun  altında ən çox ünsiyyətdə olduğunuz insanların yer aldığı «Favoritlər» bölümü əlavə edilib. Ana səhifədə  həmçinin favoritlərin  ad günləri  görünür.
 
Ana səhifənin sonunda isə həmin vaxt aktiv olanları görə biləcəyiniz bir bölüm var. /
 

Google+ WhatsApp ok.ru