`Facebook` və `YouTube`dan qadağa

Yetkinlik yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyula bilər.
 
"Facebook”, "Youtube” "Tvitter” və s. kimi sosial şəbəkələrdən 16 yaşına çatmamış şəxslərin istifadəsi yalnız valideynlərinin, yaxud da qəyyumluq hüququna sahib insanların icazəsi ilə mümkün olacaq.
 
Avropa Parlamentinin Mədəni Azadlıqlar və Daxili İşlər Komitəsi həm sosial media, həm də uşaq qoruma mütəxəssislərinin etiraz etdiyi bir qanuna dəyişiklik üzərində işləyir. Sosial şəbəkələrin rəsmiləri isə komitəyə açıq şəkildə məktub yazaraq bu qanunun qəbul edilməsinə etiraz ediblər.
 
Onların fikrincə, belə bir qanunun qüvvəyə minməsi uşaqları, təhsil və bu kimi sosial fürsətlərdən məhrum edə bilər. Daha bir dəyişikliyə görə, 16 yaşından kiçik biri şəkil və ya hər hansı məlumatlarını paylaşmazdan öncə valideynlərindən heç olmasa birindən mütləq icazə almalıdır. Avropa parlamentariləri bu dəyişiklikləri səsverməyə çıxaracaqlar. /

Google+ WhatsApp ok.ru