Facebook və Twitterdə Peyğəmbər (s) tanıtdırılması kampaniyası

Sosial şəbələlərdə Peyğəmbər (s) tanıtdırılması məqsədi ilə III beynəlxalq kampaniyaya start verilib. 
Maide.az xəbər verir ki, Misirin Dar əl-Fətvası tərəfindən başladılan bu kampaniya ingilis dilində aparılır. 
Bu beynəlxalq kampaniya Rəbiül -əvvəl  ayının əvvəlindən əziz Peyğəımbərimizin (s) viladəti münasibəti ilə başlayıb. Kampaniyanın başlanılmasından məqsəd dünyanın müxtəlif bölgələrində 10 milyon qeyri – müsəlmana Peyğəmbər (s) tanıtdırmaqdır. 
Kampaniya  Peyğəmbərin (s) əxlaqi dəyərlərini xüsusi ilə mərhəmət, sevgi və xoşməramlıq kimi əxlaqi dəyərlərini dünya ictimaiyyətinə tanıtdırmaqdır. Bu kampaniya “Məhəmməd (s) nifrət ideolagiyası qarşısında mehribanlıq nümunəsi” adı ilə keçirilir. /
 

Google+ WhatsApp ok.ru