Fevralın 22-də yağış, qar gözlənilir

Fevralın 22-də Bakı və Abşeron yarımadasında havanın  əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.
 
Havanın temperaturunun gecə 4-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında fevralın 22-də arabir yağış, bəzi yerlərdə qar yağacaq. 
 
Havanın temperaturun gecə 2-7 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti gözlənilir. /
 

Google+ WhatsApp ok.ru