Feysbuk-dan asılılığın səbəbləri - SİYAHI

ABŞ-dakı Kornuell Universitetinin alimləri Feysbuk-un niyə bu qədər cazibədar olduğunu və sosial şəbəkələrdən imtinanın ağır olmasının səbəblərini araşdırıblar.
Onlar araşdırma zamanı cəlb etdiyi könüllülərdən ibarət qrupa 99 gün ərzində Feysbuk-dan imtina etməyi tapşırıblar.
 
Feysbuk istifadəçisi olan şəxslər sosial şəbəkələrdən imtina edəcəklərini desələr də, onların bəziləri bunu edə bilməyiblər.
Sonucda alimlər Feysbuk-dan asılılıqla bağlı əsas amilləri aşkarlayıblar.
Bəlli olub ki, insan sosial şəbəkədən asılı olduğunu duyursa, onun Feysbuk-u tərk etməsi çətin məsələdir.
 
Feysbuk-un onu izlədiyini düşünən insanlarsa sosial şəbəkədən asanlıqla imtina edə bilirlər. Fəqət Feysbuk başqalarının bu adam barədə rəylərinin formalaşmasında rol oynayırsa, sosial şəbəkədə akkauntunu bağlayan adamın geri qayıtması labüddür.
Bundan başqa, əhval da önəm daşıyır. Belə ki, insanın əhval-ruhiyyəsi yüksəkdirsə, o, Feysbuk-dan az istifadə edir.
 
Araşdırma Feysbuk istifadəçilərinin 39 faizinin özlərini bədbin hiss etməsinə səbəb olur.
Başqa sosial şəbəkələrdən istifadə edənlərsə, Feysbuk-a nadir hallarda qayıdırlar.(milli.az)

Google+ WhatsApp ok.ru