Feysbuk da “şüalanma” olacaq

Yaxın gələcəkdə feysbuk istifadəçiləri “istədikləri an istədikləri yerdə” ola biləcəklər. Feysbuk rəsmiləri “şüalanma” adı verdikləri yeni cihazı növbəti 10 il ərzində istifadəyə verməyi planlaşdırırlar.
 
Yayılan açıqlamada bu cihazın fiziki mənada bir şüalanma etməyəcəyi bildirilib. Cihaz simulyasiya yolu ilə virtual mühitdə insanlara istədikləri yerdə olduğu hissini verəcək.
 
Digər tərəfdən, bu layihə Feysbuk üçün bir ilk deyil. Feysbukun liderlik etdiyi bir layihə çərçivəsində “Oculus Rift”adı verilən eynəklər növbəti il satışa təqdim ediləcək. Bu eynəklər virtual dünyada reallıq effekti yaradacaq.modern /
 

Google+ WhatsApp ok.ru