FHN itkin düşənlərin axtarışı ilə bağlı açıqlama verdi

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
 
Trend FHN-in saytına istinadən məlumat verir ki, hazırda FHN-ə məxsus “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
 
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır./

Google+ WhatsApp ok.ru