Fiziki qüsurluların jestlərinin dilini səsləndirən “ağıllı” saat yaradılıb

Fiziki qüsurluların jestlərinin dilini səsləndirən “ağıllı” saat yaradılıb

Çin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual “ağıllı” saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, saat dəstinə lal-kar insanın hər bir barmağına taxılan üzüklər daxildir. Üzüklər barmaq hərəkətlərini oxuyaraq həmsöhbət üçün jestlər dilini saatın korpusuna quraşdırılan xüsusi dinamiklər vasitəsilə səsləndirir. Bundan başqa, saat əks-əlaqə üçün danışan insanın nitqini qiymətləndirərək onu lal-kar üçün mətnli məlumata çevirir və onu quraşdırılmış displeydə göstərir.
 
İnsanlarla danışmağa ehtiyac olmayan zaman üzüklər bilərziyin içinə yığılır. 
 
İnnovativ texnologiyanın kütləvi istehsalına bu il başlamaq nəzərdə tutulur. /

Google+ WhatsApp ok.ru