İflic adam mikro titrəyişlə toxunma hissini əldə etdi

İflic adam mikro titrəyişlə toxunma hissini əldə etdi

Yol qəzası nəticəsində iflic olan bir adam, smartfon istifadəçilərinin dost olduğu mikro vibrasiya texnologiyası sayəsində toxunma hissini geri əldə etməyi bacardı. Müalicənin 100l%-lik bir yaxşılaşma təmin etmədiyini ancaq əldə edilən nəticənin inanılmaz olduğu deyilir.
 
Ağır onurğa iliyi fəsadından sonra toxunma siqnalları beynə getməyə davam edir, ancaq o qədər zəifləyir ki, qəbul edilə biləcək səviyyədən aşağıdır və bu səbəblə insanlar bu siqnalları hiss edə bilmir. Alimlər, bir kompyuter interfeysini istifadə edərək bu beyin siqnallarını gücləndirməyin bir üsulunu kəşf etdilər.
 
28 yaşındakı Burxart, yol qəzası nəticəsində iflic olmuşdu. Burxartın toxunma hissini geri gətirən müalicəyə ilham olan texnologiya smartfon istifadəçilərinin dost olduğu bir texnologiyadır. Smartfonun ekranına toxunduqda bir düyməyə basılma hissini yaradan mikro titrəşmə texnologiyası, bu müalicədə istifadə edilən üsula bənzəyir.
 
Burxart, cihazı istifadə edərək əldə etdiyi hissin onurğa iliyi zədələnməsindən əvvəlki səviyyəyə çatmadığını, ancaq bütün bunlara baxmayaraq əl bacarıqlarını inkişaf etdirməyə imkan təmin etdiyini söylədi.
 

Google+ WhatsApp ok.ru