Fransada `terror`: bir nəfərin başı kəsildi

Fransada Lion şəhəri yaxınlığında qaz-kimya zavoduna hücum olub. 
İki nəfər avtomobillə zavodun ərazisinə soxulub. İçəridə bir nəfərin başının kəsildiyi, daha bir neçə nəfərin yaralandığı xəbər verilir. 
Fransa prezidenti Francois Hollande deyib ki, bu hadisə "terror hücumu"na oxşayır. 
Hücumdan qabaq bir neçə partlayış səsi eşidilib. 
Əraziyə yaxın yerdə üzərində ərəbcə yazılar olan bayrağı tapılıb.
Polis bir nəfəri saxlayıb. O, 2006-cı ildə də həbs edilmişdi. 
Fransanın daxili işlər naziri Bernard Cazeneuve deyib ki, şübhəli şəxs qismində saxlananın adı Yacine Sali-dir. Onu radikal islamçılıqla bağlı həbs ediblərmiş. Amma sonradan azadlığa buraxılıb. Bu ilin əvvəlində təkfirçi qruplara məxsus naməlum şəxslər Parisdə terror törətmişdi. azadliq /
 

Google+ WhatsApp ok.ru