Freedom House: Bəhreyndə azadlıq yoxdur

Bəhreyn İnsan Hüquqları Mərkəzi bildirib ki, Vətəndaş azadlıqları, siyasi hüquqlar və internet azadlığı ilə bağlı “Freedom House” İnsan Hüquqları İnstitutunun illik hesabatında qeyd edilir ki, Bəhreyn bu sahədə dünyada 72-ci yeri tutur.
 
Maide.az xəbər verir ki, Freedom House qeyd edib ki, Bəhreyn rəsmiləri keçən ilin aprelində mənfi hesab etdikləri materialları silmək üçün bir axtarış sistemi yaratmağa çalışıblar.  
 
Bununla əlaqədar, Bəhreyn Daxili İşlər Nazirliyi internet istifadəçilərini hakim rejimin Yəmənə qarşı Səudiyyə koalisiyasını dəstəklədiyi üçün tənqidi yazılar yazmaqdan çəkinməyə çağırıb.
 
Bəhreyn rejimi eləcədə bir çox siyasi fəalı 2014-cü ilin noyabrındakı parlament seçkilərindən əvvəl baş verən qanunsuzluqları boykot etməyə və ifşa etməyə dəvət etdikləri üçün mühakimə edib.
 
Freedom House əlavə edib ki, Bəhreyn höküməti söz azadlığına qarşı təzyiq siyasəti yeridir və sosial şəbəkələrdə materiallar yaymağa qarşı bir çox məhdudiyyətlər qoyub.  Bir çox fəallar həbsə və azadlıqdan məhrum etmə cəzasına məhkum oldular, bir çox Twitter istifadəçisi isə öz şəxsi səhifələrindən minlərlə yazını silməyə və ya qeyd olunan səhifələri tamamilə bağlamağa məcbur edildilər.  /

Google+ WhatsApp ok.ru