`Fəlakətli` Mariya qasırğası Dominika adasına daxil olub

`Fəlakətli` Mariya qasırğası Dominika adasına daxil olub

Mariya qasırğası "potensial fəlakətli" sayılan beşinci kateqoriyaya yüksəlib və surəti saatda 260 km-ə çatan küləklərlə Karib adası Dominikaya daxil olub.
 
Dominikanın baş naziri Roosevelt Skerrit Facebook sosial şəbəkəsində yazıb ki, onun dam örtüyü parçalanıb və o, "qasırğanın tam ixtiyarında" olub.
 
Baş nazir evinin su basdığını da qeyd edib. O, daha sonra xilas olunduğunu yazıb.
 
Dominikanın hava və dəniz limanları bağlanıb. Sahilin yaxınlığında yaşayan sakinlərə isə sığınacaqlara getmək əmri verilib.
 
Mariya qasırğası bu ay regionu dağıdan digər qasırğa İrma kimi eyni cığırla irəliləyir.
 
Dominikaya yaxın Martinika adasında ən yüksək səviyyədə həyəcan elan edilib. Digər Fransız adası, Qvadelupa isə təxliyə əmri verib.
 
Puerto Riko, ABŞ-ın Virciniya Adaları, Vircinya Adaları və bir neçə digər adalarda da qasırğaya görə xəbərdarlıq elan edilib.
 
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) Mariyanın gücünü bazar ertəsi bir neçə saat ərzində ikinci dərəcəli tufandan dördüncü kateqoriyaya, daha sonra beşinci və mümkün ən yüksək səviyyəyə yüksəldib.
 
Böyük Britaniyanın keçmiş müstəmləkəsi olan Dominikanın 72 min nəfər əhalisi var.(bbc)
 

Google+ WhatsApp ok.ru