Bəqərə, 68. Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın?» Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»

İmаm Hüsеyn (ә) buyurub : «Nә çох хәtаlаr vаr ki, üzrü оnlаrdаn dа pisdir.»




GÜNAHKAR ZÖVCƏLƏR (1)

-- insan hətta Peyğəmbərə (s) yaxın olsa belə....

Tarix : 25-12-2017 11:21

Allah-Taala Qurani-Kərimin “Təhrim” surəsinin 10-cu ayəsində iki günahkar qadından və onların öz ərlərinə xəyanətindən söz açaraq buyurur:

ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِینَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَینِ مِنْ عِبَادِنَا صَالِحَینِ فَخَانَتَاهُمَا فَلَمْ یغْنِیا عَنْهُمَا مِنَ اللَّهِ شَیئًا وَقِیلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِینَ

“Allah kafir olanlara Nuh və Lutun zövcələrini məsəl çəkdi. Onlar Bizim əməlisaleh bəndələrimizdən ikisinin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə xəyanət etdilər və onlar da (ərləri) Allahdan gələn bəlanı o iki qadından heç cürə dəf edə bilmədilər və (ölüm anında) onlara deyildi: “Daxil olanlarla birgə siz də (əbədi) oda girin!”

Tərbiyə metodlarında əyani örnək və nümunənin təsiri danılmazdır. Qurani-Kərim də hidayət çırağı olduğundan hər bir düz və əyri, yaxşı və pis üçün uyğun nümunə, misal və örnək göstərir. Bu məsəldə də əxlaqi baxımdan tənəzzülə uğramış iki qadını misal çəkir ki, onlardan biri həzrət Nuhun (ə), digəri isə həzrət Lutun (ə) zövcəsidir. Onlar Allahın göndərdiyi peyğəmbərlərin həyat yoldaşları olsalar da, bu rabitənin onlara heç bir faydası olmur. Nəhayət, ərlərinə xəyanət etdiklərinə görə, Allahın bəlasına düçar olurlar. Bu hadisələr göstərir ki, insan nə qədər böyük şəxsiyyət olsa da, onun ən yaxın ailə üzvlərinin belə yollarını azması mümkün məsələdir və burada hətta peyğəmbərlər belə istisna deyillər.

Maraqlı orasıdır ki, Quran bu məsəllə İslam Peyğəmbərinin (s) iki zövcəsini məzəmmət edir və onların da şəriətdə səhlənkarlığa yol verdikləri təqdirdə qurtuluş tapa bilməyəcəyini vurğulayır:

وَإِذْ أَسَرَّ النَّبِی إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِیثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَیهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قَالَ نَبَّأَنِی الْعَلِیمُ الْخَبِیرُ

“Bir zaman Peyğəmbər öz zövcələrindən birinə gizli bir söz deyir. O, bunu (digər zövcələrdən birinə) xəbər verdikdə və Allah da bunu ona (Peyğəmbərə) əyan etdikdə, (Peyğəmbər) onun bir qismini ona bildirir, bir qismindən isə vaz keçir. (Peyğəmbər) əhvalatı (ona) bildirdikdə, o “Bunu sənə kim xəbər verdi?” – deyə soruşur və o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” – deyə cavab verir.” (“Təhrim” surəsi, ayə 3.)

Təfsirçilər arasında Peyğəmbərin (s) dediyi sirli sözün nə olduğu barəsində fikirayrılığı vardır və qəti hökm vermək üçün geniş tədqiqat tələb edir. Amma onların qeydlərinə əsasən, Peyğəmbərin (s) dediyi sirli sözü açan zövcəsinin adı Həfsədir və o, bunu o həzrətin digər zövcəsi olan Ayişəyə bildirmişdir.

Ərəblərdə belə bir məsəl var: “Alicənab insan tərbiyə zamanı dəqiq hesab çəkməz.” Odur ki, Peyğəmbər (s) də buna riayət edir:

...عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ...

“Peyğəmbər (onu pis əməlindən xəbərdar edərkən) bir qismini deyir, bir qismindən isə vaz keçir.”

İndi isə görək, Peyğəmbər (s) adıçəkilən zövcələrinə necə öyüd-nəsihət verir? O həzrət Allah-Taalanın göstərişi ilə belə buyurur:

إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِنْ تَظَاهَرَا عَلَیهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِیلُ وَصَالِحُ الْمُؤْمِنِینَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِیرٌ

“(Ey Həfsə və ey Ayişə!) Əgər ikiniz də (bu rəftarınıza görə) Allaha tövbə etsəniz öz xeyrinizədir. Çünki qəlbləriniz (haqdan) dönmüşdür. Əgər Peyğəmbərə qarşı bir-birinizə qoşulsanız, (bilin ki,) onun mövlası və hamisi Allah, yardım göstərənləri isə Cəbrail, möminlərin əməlisalehi və bundan sonra da (bütün) mələklərdir.” (“Təhrim” surəsi, ayə 4.)

Göründüyü kimi, hər iki qadın iki yoldan birini seçməkdə azad buraxılır: əvvəl tövbə etsinlər, əgər tutduqları yoldan əl çəkməyib Peyğəmbərə (s) əziyyət vermək məqsədilə bir-birinə qoşulsalar, kimlərlə qarşılaşacaqlarını bilsinlər.

Növbəti ayədə Peyğəmbərin (s) hətta onlara talaq verəcəyindən, onları boşadıqda Allah-Taalanın o həzrətə daha yaxşı zövcələr qismət edəcəyindən söz açılır:

عَسَى رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ یبْدِلَهُ أَزْوَاجًا خَیرًا مِنْكُنَّ...

“Əgər o sizi boşasa, ola bilsin, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr versin!”

Ayədə həmin (daha yaxşı) qadınlar belə vəsf edilir:

...مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَیبَاتٍ وَأَبْكَارًا

“Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar!” (“Təhrim” surəsi, ayə 5.)

Bu ayəyə əsasən, görünür Peyğəmbərin (s) adıçəkilən həmin iki zövcəsi göstərilən səciyyələrə malik deyilmiş.

Qeyd edilənlərdən belə qənaətə gəlirik ki, kamil insanlarla rabitə təsirli olsa da, elə də deyil ki, hamı eyni reaksiyanı göstərsin. Burada onların hər birinin tutumu, bacarığı və baxışı şərtdir və əyri yolu seçənə heç vaxt bu rabitənin faydası və təsiri olmayacaq. Belə hallar hətta Peyğəmbərimizin (s) səhabələri arasında da müşahidə olunur və o həzrətin sözügedən zövcələri və s. tərəfdarları belə, müstəsna deyillər. Başqa sözlə, insan hətta Peyğəmbərə (s) və yaxud Nuhla (ə) Luta (ə) nə qədər yaxın olsa belə, onun xoş aqibəti haqda qəti söz demək çətindir! (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 55-ci məsəl, səh.169-171.)

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 11:36