Gələcək 10 ilin lazımlı 10 peşəsi

Gələcək 10 ilin lazımlı 10 peşəsi

Maide.az - Tibb bacısı - dünya əhalisinin sayına görə getdikcə artır. Ölkələrdə insanların sağlamlığı siyasəti getdikcə yaxşılaşır. Bunun sayəsində bir öncəki 100 il ilə müqayisədə daha çox insan tibbin imkanlarından faydalanıb. Orta hesabla həyat səviyyəsinin yüksək olduğu ABŞ kimi inkişaf etmiş ölkələrdə xüsusilə səhiyyənin tibb bacılığı kimi sahəsinin parlaq gələcəyi diqqət çəkməkdədir. 2015-2025 ci illər arasında bu peşədə 25.7 % artım olacağı gözlənilir. Tikilən yeni xəstəxanalar, sağlamlıq mərkəzləri bacarıqlı tibb bacılarına iş təklif edirlər.
 
Proqram tətbiqetmə
Proqram tətbiqləri artıq həyatımızın hər sahəsində yanımızdadır. Mail göndərəcəksiniz, ya da ürəyinizin döyüntüsü sizi maraqlandırır? Mobil tətbiqlər bazarı artıq ucsuz-bucaqsızdır. On minlərlə tətbiqlər istifadəyə verilsə də, daha atılacaq bir çox addımlar vardır. Proqram tətbiqində ABŞ-da 2015-2025 ci illər arasında təxminən 23 % artım gözlənilir. Digər peşə sahələrində artımın orta hesabla 11 % olduğunu düşündüyümüzdə, bu peşənin nə qədər parlaq bir gələcək gözlədiyini görmək olar.
 
Şəxsi məlumatların təhlükəsizliyi
Pis niyyətli şəxslər online dünyada böyük şirkətlər və ictimai təşkilatların şəxsi məlumatlarını ələ keçirə ya da şirkət daxilindəki kompyuter şəbəkəsinə zərər verərək milyonlarla dollar zərərə səbəb olurlar. Şəxsi məlumatların təhlükəsizliyi şirkətləri, şirkətlərin komputer şəbəkəsindəki təhlükəsizlik boşluqlarını müəyyən etmək və bunlar üçün tədbirlər görməkdədirlər. Bu peşə sahəsinin ABŞda 2015-2025 ci illər arasında 30.9 % yüksəlişi gözlənilir.
 
Fizioterapevt
Kompyuter önündə yaşayır, hərəkət etmir və idmanla heç maraqlanmırsınızsa, çox ehtimal ki, bir fizioterapevtin qapısını döyəcəksiniz deməkdir. Bu peşə sahəsi yaxşı bir qazanc və yüksəlişlə önümüzdəki 10 il daha da lazımlı olacaq. ABŞ-da 2015-2025 ci illər ərzində bu peşənin 25.9 % yüksəliş əldə etməsi və daha çox insanın bu peşə ilə məşğul olacağı təxmin edilir. 
 
Ultrasəs mütəxəssisləri
Əməliyyatlardan qorxursunuz? Bu zaman ultrasəs mütəxəssislərinə çox şey borclusunuz. Çünki, onlar daxili orqanlarınızı xarıcdən heç bir cərrahi müdaxilə etmədən yoxlaya bilirlər. Son illərdə bu sahədə olan çatışmazlıqlar çox sürətli və dəqiq şəkildə müəyyən edilir. Ultrasəs mütəxəssisləri, xüsusilə doğum öncəsi müayinələrdə böyük rol oynayırlar. Körpənin bütün inkişafını yaxından izləyir və sənədləşdirir. ABŞ-da bu peşənin 2015-2025 ci illər arasında 33.3% yüksələcəyi təxmin edilir. 
 
Sağlamlıq xidmətləri idarəçisi
Sağlamlıq məlumatlarının yığılması və sıralanmasında böyük bir rol oynayan sağlamlıq xidmətləri idarəçiləri xəstəxanalarda çox vacib vəzifələrə sahibdirlər. Əməliyyatxana, müayinə otaqları kimi təsislərin vəziyyətlərini yoxlayır, xəstəxanaların bu sahədəki ehtiyaclarını müəyyən edərək lazım olan imkanlarla təmin edilməsi üçün çalışır. Sağlamlıq xidmətləri idarəçisinin əhalinin sayının artması səbəbi ilə 2015-2025 ci illərdə 17.5% artması gözlənilir.
 
İqtisadi araşdırmalar mütəxəssisi
Xüsusilə son zamanlarda yüksək inkişafla əlaqədar bu sahəyə ehtiyac yaranıb. İqtisadi araşdırmalar mütəxəssisi bazarlarda artan rəqabət sahələrini müəyyənləşdirir. Müştərilərin vəziyyətini analiz edir. Buna görə bazarda baş verən dəyişiklikləri dəyərləndirərək, şirkətlərə qazanclarını artırmaq üçün yollar təqdim edir.  İqtisadi araşdırma mütəxəssisi peşəsinin  ABD-da 2015-2015 ci illər arasında ən azı 28.2 % artacağı gözlənilir.
 
Ağız və gigiyena mütəxəssisi
Şirniyyatlar, pis qidalanma və baxımsızlıq dişlərimizi hər an təhdid edir. Ağız və gigiyena mütəxəssisləri diş sağlamlığı üçün münasib qidalanma və ağız sağlamlığının davam etməsi üçün xəstələrə xüsusi qidalanma proqramları müəyyən edirlər. Həmçinin, klinikalarda dişlərin təmizlənməsi, rentgen kimi vəzifələri də yerinə yetirirlər. Bu peşənin ABŞ-da önümüzdəki il 21.8 % artacağı düşünülür.
 
Əməliyyat araşdırma mütəxəssisi
İş dünyası həmişə daha yaxşısını, daha ucuzunu və daha sürətlisini etmək istəyindədir. Bu peşə mütəxəssisləri riyazi və analitik metodlardan istifadə edərək firmaların gəlirlərini daha az maliyyə ilə artırır. ABŞ-da əməliyyat araşdırma mütəxəssisliyi peşəsnin 23.2 % kimi çox vacib inkişaf göstərəcəyi təxmin edilir.
 
Kompyuter sistemi analitiki
Artıq istifadə etdiyimiz telefondan qəhvə dəmləyənlərə qədər hamısı kompyuterləşdirilib. Kompyuter sistemi analitikləri işlədikləri təşkilatların texnoloji ehtiyaclarını müəyyənləşdirir və bunların inkişafına nəzarət edir. 
Şirkətlər kompyuterlərdən daha asılı olduqca, bu peşənin sahiblərini uzun illər parlaq bir gələcək gözləyir. ABŞ-da bu peşənin 2015-2025 ci illər ərzində 22.5 % yüksələcəyini təxmin edirlər. //

Google+ WhatsApp ok.ru