Gələcəyin daşınan elektronikası sirkə turşusunda həll olunur

Gələcəyin daşınan elektronikası sirkə turşusunda həll olunur

Stenford Universitetinin alimləri sirkə turşusunda həll edilən daşınan elektronika yaratmağı öyrənib. Yeni nəsil cihazlarda korpusun materialı bitki liflərindən hazırlanmış nazik plyonkadan ibarət olacaq, elektrodlar isə alüminium və dəmirdən düzəldiləcək. Sınaqlar zamanı alimlər müəyyənləşdiriblər ki, qurğu 1 ay sonra sirkə turşusunda tamamilə həll edilir.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, texnologiya yalnız ətraf mühitin mühafizəsi məqsədilə istifadə edilməyəcək. Beləliklə, istifadəçilər lazımsız rəqəmli informasiyanı məhv edə biləcək.
 
Alimlər, həmçinin layihənin tibb sahəsində tətbiqini nəzərdə tutub. Bu məqsədlə yeni cihazların siçanların ürəyinə implantasiyası üzrə sınaqlar keçirilib. Məlum olub ki, material zəhərli deyil, amma əlavə yoxlamalar tələb edir. /

Google+ WhatsApp ok.ru