Gəlir bəyannaməsi: nə vaxta qaldı?

Gəlir bəyannaməsi: nə vaxta qaldı?

“Exo” qəzetində “Azərbaycanda gəlir bəyannaməsinin tətbiq zamanıdır” sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda bildirilir ki, son zamanlar vətəndaşlar sosial şəbəkələrdə ölkə məmurlarının maddi imkanlarını fəal müzakirə obyektinə çeviriblər: “Vətəndaşlar heç cür anlaya bilmirlər ki, belə zəngin daşınar və daşınmaz əmlaklar necə əldə edilib. Eyni zamanda çoxmilyonlu varidata malik məmurlar bunun izahını verə bilmirlər”.
 
Müəllif xatırladır ki, “Dövlət məmurlarının gəlir bəyannaməsi haqqında” qanun 12 ildir ki, qəbul edilib. Amma ötən 12 il ərzində bəyannamə forması hələ də təsdiq edilməyib.
 
Qəzetə danışan ekspertlər isə hesab edirlər ki, bu prosesi ancaq ictimaiyyət və media sürətləndirə bilər. Onlar vurğulayıblar ki, Nazirlər Kabinetindən bəyannamə formasının indiyə kimi təsdiq edilməməsinə savab tələb edilməlidir.
 
Ekspert Nəriman Ağayev deyib ki, kimin necə yaşadığını əslində xalq yaxşı bilir:
“Uzun müddət məmurlar öz gəlirlərinə dair bəyannamə təqdim etməyiblər, buna son qoymağın vaxtıdır. O məmur ki, özünə arxayındır, gəliri barədə könüllü bəyannamə verməlidir”.
 
Ekspert Fuad Əlizadə isə mövzu ilə bağlı bunları deyib:
“Bu məsələni “ölü” nöqtəsindən nəyin tərpədə biləcəyi müəmma olaraq qalır”.
 
Üstəlik, ekspert hesab edir ki, gəlir bəyannaməsi formasının qəbul edilməsi belə çıxış yolu deyil. Çünki, məmur varını gizlədə bilməkdən ötrü yenə bir yol tapacaq. /

Google+ WhatsApp ok.ru