Gələn ildən “WhatsApp” bəzi telefonlarda işləməyəcək 27 Dekabr 2017 02:00 Maraq dünyası -- 2020-ci ildən isə... WhatsApp” messenceri 2018-ci ildən bəzi əməliyyat sistemlərini dəstəkləməmək barədə qərar qəbul edib. Maide.Az bildirir ki, “Report” bu barədə “International Business Times” nəşrinə istinadən xəbər verir. Məlumatda həmçinin deyilir ki, yanvarın 1-dən başlayaraq “WhatsApp” “Windows 8.0” və ondan da əvvəlki əməliyyat sisteminə malik smartfonlarda, eləcə də “BlackBerry OS” və yaxud “BlackBerry 10” markalı mobil telefonlarda işləməyəcək. Bundan başqa, gələn ildən “WhatsApp” “Nokia S40”, 2020-ci ildən isə “Android 2.3.7” bazasında işləyən smartfonlara xidməti dayandırmağı planlaşdırır. Teqlər : #Gələn ildən WhatsApp bəzi telefonlarda işləməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sankt-Peterburqa göy rəngdə qar yağdı – FOTO Amerikalı qadına 284 milyardlıq işıq borcu gəlib