Güclü külək Ucarı elektriksiz qoyub 23 Fevral 2017 02:00 Ölkə Şiddətli külək Ucar rayonunda fasadlar törədib. Fevralın 22-də axşam saatlarından əsməyə başlayan güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurub. Səhər saatlarından şəhər də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin nəqlində fasilələr yaranıb. “Azərişıq” ASC-nın Ucar Rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, enerji təchizatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq. (apa) Teqlər : #Güclü külək Ucarı elektriksiz qoyub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Paytaxtın mərkəzinə giriş-çıxışda yenilik Ötən il 1500 nəfər zəhərlənib