Gecə reysə çıxan avtobuslarla bağlı yeni tələb

Gecə reysə çıxan avtobuslarla bağlı yeni tələb

Gecə reyslərində istifadə edilən avtobuslarla bağlı tələblər sərtləşdirilib.
 
Maide.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
 
N.Allahyarova bildirib ki, gecə reysləri riskli olduğundan, axşam reyslərinə istismar müddəti 5 ildən çox olmayan avtobuslar buraxılmalıdır.
 
N.Allahyarova bu addımın sərnişinlərin təhlükəsizliyi məqsədilə atıldığını bildirib. O, gündüz reyslərində isə bu tələbin 10 il olduğunu bildirib. N.Allahyarova söyləyib ki, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində iritutumlu, müasir, komfortlu, Almaniyanın "MAN" şirkətinə məxsus “Neoplan” avtobuslar ilə gecə reysləri həyata keçirilir.

Google+ WhatsApp ok.ru