General Akif Çovdarova 3 ay həbs verildi

Səbayel Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.
 
Virtualaz.org saytının məlumatına görə, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Bu gün günorta saatlarında MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib.
 
Məhkəmə prosesi qapalı şəkildə keçirilib./
 

Google+ WhatsApp ok.ru