Gmail istifadəçilərini narahat edəcək xəbər

Gmail istifadəçilərini narahat edəcək xəbər

-- Wall Street jurnalının hazırladığı hesabatda...

Wall Street jurnalının hazırladığı hesabatda bildirilir ki, proqram   təchizatçıları Gmail istifadəçilərinin hesabına girə bilir və e-poçtları oxuya bilirlər. İşin ən pis tərəfi isə budur ki, bu hal bir çox e-poçt təchizatçıları arasında tez-tez rastlanan bir haldır.
 
Maide.Az NTV-ə istinadən xəbər verir ki, Google sadəcə təsdiq olunmuş proqramların e-poçt oxuma istəyinə icazə verir. İcazə verilən proqramlar bu məlumatları sadəcə məqsədli reklam və tövsiyələr üçün istifadə edə bilir.  Lakin, bir dəfə icazə aldıqdan sonra bu şirkətlərin nə qədər nəzarət altında saxlanılması da narahatlıq yaradır.
 
Google, daha öncə istifadəçilərin e-poçtlarına müdaxilə etməyəcəyinə söz versə də, Wall Street  jurnalının əldə etdiyi mənbələrə görə istifadəçilərin e-poçtları hələ də geniş şəkildə oxunmağa davam edir.
 
Məqalədə bəhs edilən üçüncü bəzi proqramların təmsilçiləri, şəxsi məlumatların oxunması zamanı çox ciddi qaydalar tətbiq edildiyini söyləyir. Məqalədə, hal-hazırda hər hansı bir pozuntuya işarə edən sübutun tapılmadığı vurğulanır.
 
Nə olursa olsun, e-poçtlarımızın geniş şəkildə gözdən keçirilməsi narahatlıq yaradan bir haldır. İstəsəniz Google hesab tənzimləməsindən hədəfli reklam kimi tənzimləmələri bağlaya bilərsiniz, ancaq bu da tək başına çıxış yolu olmaya bilər.

Google+ WhatsApp ok.ru