Gömrükdə saxlanılan odlu silahların sayı açıqlanıb

2015-ci ildə gömrük orqanları tərəfindən 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63 ədəd odlu silah patronu, 1827 ədəd ov silahlarının sursat və ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42551 ədəd pnevmatik silahin patronları, 257 ədəd soyuq silah, 63565 qram patlayıcı maddələr aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə 897 ədəd televizor, 184309 manat dəyərində 4887 ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil telefonların aksesuarları, 9855 manat dəyərində olan dərman vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kq-dan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatları və külli miqdarda digər mallar tutulub. Bundan başqa, gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülüb, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2311095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.

Google+ WhatsApp ok.ru