Gömrükdə rekord yığım

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsi (DGK) 227,4 milyon manat vergi və rüsum toplayıb. Bu, qurumun tarixində ən böyük aylıq göstəricidir.
 
DGK-nın məlumatına görə, apreldə 54,2 milyon manat gömrük verigisi, 15,6 milyon manat aksiz və 12 milyon manat yol vergisi toplanıb.
 
Turan-a danışan mütəxəssislərin fikrincə, gömrükçülər bu nailiyyəti əsasən, manatın ABŞ dollarına nisbətdə məzənnəsi hesabına əldə edib.
 
Onların demələrinə görə, gömrük ödənişləri dollarla hesablanır, manatla ödənilir. Bundan başqa, DGK-nin bu ildən sərhədyanı ərazidə yaşayan vətəndaşların özləri ilə gətirdikləri gündəlik ehtiyac mallarının yoxlanılmasına nəzarəti sərtləşdirdiyi bildirilir.
 
Bu il DGK-nın vergi və rüsum yığımı planı 1 milyard 590 milyon manatdan 1 milyard 810 milyon manata artırılıb. Dörd ayda qurumun xətti ilə dövlət büdcəsinə 644,3 milyon manat köçürüldüyü qeyd edilir. Bunun, 2015-ci ilin eyni dövrünün göstəricilərindən çox olduğu bildirilir.
 
Ötən ilin sonuncu rübündən bəri DGK sərhədyanı ərazidə yaşayan vətəndaşların özləri ilə gətirdikləri gündəlik ehtiyac mallarının yoxlanılmasına nəzarəti sərtləşdirdiyi deyilir. Komitə hər həftə vətəndaşlarla gömrük əməkdaşları arasında baş verən qarşıdurma hallarına dair məlumat yaymaqdadır. Bu məlumatda bəzi vətəndaşların gömrükdə baş verən qalmaqallardan sonra polisə təhvil verildiyi bildirilir.
 
Bu ilin planına görə, dövlət büdcəsinə ödəmələrin 10,8 faizi DGK-nın payına düşməlidir.
 
Bu ilin 4 ayında komitə 644,3 milyon manat, yaxud ötən ilin eyni dövründən 33,2 faiz artıq vəsait yığdığını açıqlayıb.

Google+ WhatsApp ok.ru