Gömrük rüsumlarının dəyişdirilməsinin gətirəcəyi fəsadlar...

Gömrük rüsumlarının dəyişdirilməsinin gətirəcəyi fəsadlar...

Natiq Cəfərli: “Daxili istehsal adı altında bazara çıxan quş ətindən hazırlanan kolbasa, sosiska və digər məhsulların qiyməti bahalaşacaq”
 
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.  Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən ət və digər ərzaq məhsullarının, meyvə şirələri və digər içkilərin, eləcə də tikinti məmulatlarının müvafiq gömrük idxal rüsumu müəyyənləşdirilib. Bundan öncə isə yuxarıda sadalanan məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
 
Bəs görəsən bu dəyişikliyi zəruri edən səbəblər hansılardır və qərar nəyə hesablanıb?. Ümumiyyətlə gömrük rüsumlarının dəyişdirilməsi nə ilə nəticələnəcək?.
 
İslaminsesi mövzunu iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
 
İqtisadçı bildirib ki, gömrük rüsumlarının artması məntiqlə daxili bazarın qorunması və daxili istehsalçıya dəstək üçün nəzərdə tutulub.: “ Amma təəssüflər olsun ki, daxili istehsalçıların yerli təlabatı ödəməyə qadir olub-olmadıqları barədə ciddi hesablamalar aparılmayıb.  Bu cür hesablamalar aparılmadan gömrük tariflərinin artırılması iki yöndən bazara təsir göstərəcək. İlk olaraq daxili istehsal adı altında bazara çıxan quş ətindən hazırlanan kolbasa, sosiska və digər məhsulların qiyməti bahalaşacaq. Çünki bu məhsulların xammalı xaricdən gəlir.  Dönərxanalarda, restoranlarda istifadə olunan  toyuq əti və onun müxtəlif hissələrinin keyfiyyəti yüksək olsun deyə xaricdən gətirilirdi. Məhz bu səbəbdən də,  həm əksər restoranlarda, həm də dönərxanalarda qiymət artımı müşahidə ediləcək.  Gömrük rüsumunun artırılmasının ikinci təsiri isə ondan ibarət olacaq ki, yerli istehsalçılar daxili tələbatı ödəməkdə çətinlik çəkdiklərindən ,  daxili istehsalda olan məhsulların qiyməti qalxacaq.  Bunu xarici analoqların qiymətinin artması zəruri edəcək.  Nəticə etibarı ilə insanların cibinə ciddi zərər dəyəcək”. /

Google+ WhatsApp ok.ru