Günəşdən necə qorunmalıyıq?

Günəşdən necə qorunmalıyıq?

Qum və dəniz günəşin təsirini artırdığını ifadə edən mütəxəssislər, kölgəlik sahələrdə olmağın da günəş şüasından qorunmağa kifayət etməyəcəyini söyləyir.

Maide.Az xəbər verir ki, Yay aylarında günəşin altında çox qalmaq günəş yanıqlarına səbəb olur. Xüsusilə, uşaqlı ailələr üçün tətil, lazımlı tədbirlər alınmadığı zaman kabusa çevrilə bilir. Günvurma, ishal və böcək sancması başlıca təhdidlər arasındadır. Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Sərdar Yalman, tətil planlaşdıran ailələrə bu risklərə qarşı kritik xəbərdarlıqlar edib. Günəş yanıqlarına ən çox UVA və UVB şüalarının gətirib çıxardığını yazan Dr. Yalman, "Qum və dəniz günəşin təsirini artırar. Çətir altında olmaq belə, günəş şüasından qorunmağa tam olaraq kifayət etməz" dedi.

Bədənləri açıq olarkən uşaqların günəşdən təsirlənmə riskinin daha çox olduğuna işarə edən Dr. Yalman, yanıqların günəş vannası qəbul etmənin 2-4 saat sonra ağrı, istilik hissi və qızartı əmələ gəlməsi şəklində ortaya çıxdığını vurğulayaraq bu təklifləri irəli sürdü: "Günvurma zamanı susuzluq hissi, dodaqlarda quruma, hərarət, şüur itkisi kimi əlamətlər meydana gəlir. Bu cür vəziyyətlərdə adamı dərhal sərin bir yerə aparmaq, maye qəbul etməsini təmin etmək lazımdır. Günəş yanığına məruz qalan adam "parasetamol" kimi ağrı kəsicilərdən istifadə edə bilər və müvəqqəti olaraq bir müddət nəmləndirici kremlərdən istifadə edilə bilər. Günəş yanığı zamanı həddindən artıq ağrılı, həddindən artıq qabarcıqlar meydana gəlmiş, üzdə şişmə, hərarət, titrəmə, baş ağrısı kimi şikayətlənmələr varsa və susuzluq, günəşə məruz qalan bölgədə qızartı ya da şüur bulanıqlığı müşahidə edilərsə, vaxt itirmədən ən yaxın tibb məntəqəsinə gedilməlidir."

Yalman, "Uşaqlarda yay aylarında ishal hallarının da sıx görüldüyünü bildirdi. Həddindən artıq meyvə suyu istehlakı, qida allergiyaları, çirkli suda üzmək və bu suya məruz qalan qidaların istehlakının ishala səbəb olduğunu ifadə edən Dr. Yalman, ishalın nə qədər şiddətli olduğunu bilmək üçün - 6-8 saat içində gözyaşı, sidik azalması və dəridə maye itkisinə diqqət etmək lazımdır. Açıq yerlərdə olan dondurma, cəfəri kimi yeməklərin istehlakı sonrası 6-24 saat ərzində birdən başlayan qusma, qarın ağrısı və spazmlar - ishal və qida zəhərlənməsinin əlamətləridir. Bu cür vəziyyətlərdə toksin atılana qədər maye itkisi qarşılanmalı və ishalın qarşısı alınmalıdır. 1 yaşdan az uşaqlarda ORS (Oral Rehidratasiya mayesi) ilk 24 saat içində verilir. 3 gündən uzun sürən ishallarda soya tərkibli qidalardan istifadə oluna bilər. 8 saat içində sidik xaric etmirsə, nəcisdə qan varsa və şiddətli qarın ağrısı varsa ən yaxın tibb məntəqəsinə müraciət edilməlidir" - deyə bildirdi.

 

Böcək və ağcaqanad dişləməsinə diqqət!

İsti havalarda parklarda, bağçalarda, kəndlərdə, evlərin balkonlarında böcək və ağcaqanad dişləməsi ilə çox tez-tez rastlaşdığını vurğulayan

Dr. Yalman, "Bu vəziyyətlərdə dişlənilən bölgədə qızarıqlıq meydana gəldiyini ifadə etdi. 2 saat içində qızartını artdığını ifadə edən Dr. Yalman, 8-10 dan çox dişləmə varsa istilik, artan qızarıqlıq, hərarət, qusma, baş ağrısı, ishal ola bilər. 1 santimetrdən çox şişlik müşahidə olunarsa allergiya ola bilər. Bu kimi hallar müşahidə edildiyində evdə uşağınıza ilıq su ilə yumağınızı təklif edirik. Qoruyucu losyonlar və amonyaklı maye ilə kompres edilə bilər.

Park, bağça və açıq sahələrdə gənə dişləməsi riskini də nəzərə alaraq şalvar corab içinə salınmalı, qol və ayaqlar bağlanılmalı, uzun, ağ rəngli paltarlar geyinilməlidir. Hərarət, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq, dəridə şişmə və sərtləşmə təhlükəli əlamətlərdir. Qoruyucu olaraq dəriyə DEET ehtiva edən gənə qoruyucuları sürtmək olar. Paltarın üstünə hermethrin ehtiva edən böcək dərmanı vura bilərsiniz. Ev heyvanlarına nəzarət edilməlidir. Saçlı dəriyə nəzarət edilməlidir. Gənə olduğu yerdən maqqaşla və ya pinsetlə çıxarılmalı və gənə çıxardıldığı bölgə sabunlu su ilə yuyulmalıdır. Gənə bir qaba qoyulmalıdır. İlk saatlarda antibiotikli krem, sarğı və buz tətbiqi lazım ola bilər. Parasetemol antihistaminikli losyonlardan istifadə edilə bilər. Gənəni çıxarmaq mümkün olmadığı zaman ən yaxın tibb məntəqəsinə müraciət etmək lazımdır "dedi. (maide.az/trtturk) /

Google+ WhatsApp ok.ru