Göndərilən ismarıcları silə bilən əlavə yaradıldı

Yeni “Privates” əlavəsi ismarıcı başqa istifadəçiyə göndərdikdən sonra silmək imkan verəcək.
 
“The Telegraph” nəşrinin məlumatına görə, belə bir vəziyyət çox vaxt ismarıcı impulsiv olaraq və ya istifadəçi içkili halda olduğu zaman göndərildikdən sonra yaranır.
 
Yeni əlavə ismarıcı alıcının onu oxumayan ana qədər silməyə imkan verir. İstifadəçi oxuduqdan sonra isə onu silmək mümkün olmayacaq.
 
Əlavə həmçinin ismarıcları alıcı tərəfindən hazırlanmış skrinşotlardan da müdafiə edir. Bundan başqa, əlavədə “dəlisov” seçim rejimi mövcuddur ki, bunun sayəsində 3 saat ərzində göndərilən bütün məlumatları silmək mümkün olacaq. Belə ki, məlumatları dərhal oxumayan istifadəçilər bu məlumatları görə bilməyəcəklər. 
 
Hazırda bu xidmət hələlik “Android” və “Windows” əməliyyat sistemləri istifadəçilərinin istifadəsinə verilib.(İKT.lent.az)
 

Google+ WhatsApp ok.ru