Güneş enerjisi ilə işləyən təyyarə rekorda hazırlaşır

“Solar Impulse 2” təyyarəsi rekord qırmaq üçün havaya qalxdı.
Maide.az xəbər verir ki, gündüz Günəşdən yığdığıə enerji ilə gecə də uçmağa davam edəcək təyyarə 8 min kilometr məsafə qət edəcək.
Çindən havaya qalxan təyyarənin 120 saat (5 gün) havada qalması planlaşdırılır. Təyyarənin 5 gündən sonra Havay adalarında eniş etməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Solar Impulse 2” bundan öncə Günəş enerjisi ilə maksimum 20 saat havada qalıb./
 

Google+ WhatsApp ok.ru