Üç gün iş olmayacaq 26 May 2016 01:00 Xəbərlər May ayının 30-da qeyri iş günü olacaq. Bu barədə məlumat ANS PRESS-ə Nazirlər Kabinetindən verilib. 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günü məlum olub. Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, bu il 28 may şənbə gününə düşür. 28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edəcəklər. Respublika günü - 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığını elan edib. Lakin Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Teqlər : #Üç gün iş olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubanın alma bağlarına xəstəlik düşüb: artıq meyvələrə də təsir göstərib Jurnalist Mirələm Həşimovun məhkəməsi keçirilib