Günlərdi ilanlarla yaşayan ailə  - VİDEO

Günlərdi ilanlarla yaşayan ailə - VİDEO

Oğuzun Padar kəndində bir ailə ilanlarla birlikdə yaşayır.
 
Maide.İnfo ARB Şəki-yə istinadla xəbər verir ki, nə qədər ürküdücü olsa da illərdir evlərini ilanlarla paylaşan sakinlər bir çıxış yolu tapa bilmir.
 
Oğuzun Padar kənd sakini Çəmşir Ələsgərovun ailəsi illərdir bu şəkildə yaşayır. Bir neçə il öncə evində ilana rast gəlib daha sonra getdikcə ilanların sayının artdığını görüb. İlandan canlarını qurtarmağa çalışsalar da heç bir faydası olmayıb.
 
Çəmşir Ələsgərov - Oğuz sakini: "İlan orada yatıb. Dünən birini burada, birini də qapının ağzında öldürmüşəm, biri də orada yatıb".
 
Çağırılmamış qonaqlarla bağlı kənd bələdiyyəsinə də dəfələrlə müraciət edən kənd sakini hələlik heç bir nəticə əldə edə bilməyib.
 
Çəmşir Ələsgərov - Oğuz sakini: "Nəvələrim, gəlinim, oğlum həyəcan içindədir. Yata bilmirik. Qapı-baca doludur ilanla".
 
2 metrə qədər uzunluğu olan ilanların zəhərli olduğu ehtimal olunur. İndi Ələsgərovlar ailəsinin yeganə ümidi, məsələnin ciddiyilini göz önündə tutaraq mütəxəssislərin əraziyə baş çəkməsinə qalıb. /

Google+ WhatsApp ok.ru