GÜNÜN HƏDİSİ: ALLAH RƏHMƏT ETSİN O BƏNDƏYƏ Kİ...

GÜNÜN HƏDİSİ: ALLAH RƏHMƏT ETSİN O BƏNDƏYƏ Kİ...

Maide.Az günün hədisini təqdim edir:
 
Həzrət İmam Rza (ə):
 
عَنْ عَبْدِ السَّلَامِ بْنِ صَالِحٍ الْهَرَوِيِّ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُوسَى الرِّضَا ع يَقُولُ «رَحِمَ اللَّهُ عَبْداً أَحْيَا أَمْرَنَا» 
فَقُلْتُ لَهُ: وَ كَيْفَ يُحْيِي أَمْرَكُمْ؟ 
قَالَ (ع): «يَتَعَلَّمُ عُلُومَنَا وَ يُعَلِّمُهَا النَّاسَ فَإِنَّ النَّاسَ لَوْ عَلِمُوا مَحَاسِنَ كَلَامِنَا لَاتَّبَعُونَا» 
 
“Allah rəhmət etsin o bəndəyə ki, bizim (Əhli-beyt) maarifimizi (yolumuzu və əqidə məktəbizimi) yaşadır”.
 
Hədisin ravisi Əbdussəlam ibn Saleh Hərəvi deyir:
İmamdan (ə) soruşdum ki, bunu necə edir, necə yaşadır? 
İmam (ə) buyurdu:   
“Bizim elmimizi öyrənir və camaata öyrədir. Çünki həqiqətən də, cаmааt bizim kәlаmımızın gözәlliyini bilsә, mütləq bizim ardımızca gələr, bizә tаbе оlаrlаr”.
 
(Şeyx Səduq, “Uyunu Əbxar ər-Rza (ə)”, c. 1, s. 307, hədis 69).
 
 

Google+ WhatsApp ok.ru