Günün hədisi:Valideyn və övladın qarşılıqlı hüquqları

Günün hədisi:Valideyn və övladın qarşılıqlı hüquqları

Maide.Az günün hədisini təqdim edir:
 
İslam Peyğəmbəri (s):
 
يَلْزَمُ الْوَالِدَيْنِ مِنَ الْحُقُوقِ لِوَلَدِهِمَا مَا يَلْزَمُ الْوَلَدَ لَهُمَا مِنْ حُقُوقِهِمَا
 
“Övladlar valideynlərin hüquqları qarşısında məsuliyyətli olduğu kimi, valideynlər də övladların hüquqları qarşısında məsuliyyət daşıyırlar.”
(“Mən la yəhzuruhul-fəqih,” c.3, səh.311.)
 
Qısa izah
Dünyadakı bütün haqlar müqabilində hansısa bir vəzifə dayanır. Yəni hər bir haqqın kənarında bir vəzifə mövcuddur və hüquqlar böyük olduqca, məsuliyyət və vəzifəsi də ağırlaşır.
Nəticədə, valideynin övlad üzərində üstün haqlara malik olduğu kimi, onun qarşısında da ciddi məsuliyyət daşıyırlar. Övladın sağlam və tərbiyəvi mühitdə inkişafı və cəmiyyətə layiqli vətəndaşlar olması üçün valideyn əlindən gələni əsirgəməməlidir.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru