Günün hədisi: Haram mal ibadəti puç edir

Günün hədisi: Haram mal ibadəti puç edir

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Baqir (ə):
 
إِنَّ الرَّجُلَ إِذَا أَصَابَ مَالاً مِنْ حَرَامٍ لَمْ يُقْبَلْ مِنْه حَجٌّ وَ لا عُمْرَةٌ وَ لا صِلَةُ رَحِمٍ
 
“İnsan qeyri-şəri (haram) yollarla hansısa bir mal əldə etdiyi zaman onun nə həcc və ümrəsi, nə də qohumlara “sileyi-rəhim”i qəbuldur.”
 
(“Səfinətül-bihar”, c.1, səh.213.)
 
Qısa izah
 
İslam məntiqində təkcə hədəfin müqəddəs olması kifayət etmir. Hədəfin müqəddəs olması ilə yanaşı, ona nail olmaqda istifadə edilən vəsilələrin də pak və müqəddəs olması zəruridir.
 
Bəziləri gözəl və xeyirxah işlər görməyə çalışsalar da, həmin işləri hansı vasitələrlə həyata keçirmək barəsində dərindən düşünmür və vəsilə məsələsindən qəflət edirlər.
 
Bilmək lazımdır ki, vasitələr pak və müqəddəs olmazsa, görülən işlərdən heç biri Allah dərgahında qəbul olunmayacaqdır. Çünki Allah əməlləri yalnız təqvalı insanlardan qəbul edir.  (“Maidə”/27.)
 
Namaz, oruc, həcc, “sileyi-rəhim” və xeyir işlərdə iştirak – bütün bunların hamısı halal mallarla olmalıdır. Çünki haram mallardan istifadə edərək ibadət etmək Allah dərgahında məqbul deyil.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru