Günün hədisi: İbadətin fəlsəfəsi

Günün hədisi: İbadətin fəlsəfəsi

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Səccad (ə):
 
إنّي أكرَهُ أن أعبُدَ اللّهَ لا غَرَضَ لي إلاّ ثَوابَهُ، فَأَكونَ كَالعَبدِ الطَّمِعِ المُطيعِ، إن طَمِعَ عَمِلَ وإلاّ لَم يَعمَل. وأكرَهُ أن أعبُدَهُ (لا غَرَضَ لي) إلاّ لِخَوفِ عِقابِهِ، فَأَكونَ كَالعَبدِ السَّوءِ إن لَم يَخَف لَم يَعمَل. قيلَ لَهُ: فَلِمَ تَعبُدُهُ؟ قالَ: لِما هُوَ أهلُهُ بِأَياديهِ عَلَيَّ و إنعامِهِ.
 
“Mənim Allaha yalnız savab üçün ibadət etməkdən xoşum gəlməz. Çünki o vaxt müti, eyni halda tamahkar bir köləyə bənzəyərəm. Eləcə də, yalnız başı üzərində şallaq olduqda işləyən pis bir qul kimi, Onun əzab və cəzasından qoxaraq ibadət etməyi də xoşlamıram.” İmam Səccaddan (ə) “Onda Allaha nə üçün ibadət edirsən?” – deyə soruşulduqda, buyurdu: “Mənə mərhəmət etdiyi və nemət verdiyi üçün Onu ibadətə layiq bilirəm.”
 
“Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə)”, səh.328, hədis 180.
 

Google+ WhatsApp ok.ru