Google-da axtarışda yenilik

Google-da axtarışda yenilik

"Google"un mobil versiyasına yeni axtarış bölməsi əlavə olunur.

Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilir. Artıq mobil telefonla "Google"da axtarış edəndə, "In Apps" (mobil proqramların içərisindən) bölməsi də qarşıya çıxacaq.

Bu bölməylə istifadəçi axtardığını smartfonundakı proqramların daxilindən də tapa biləcək.

Axtarış zamanı yeni bölmədə çıxan nəticələr mobil telefonda əvvəlcədən yüklənmiş standart proqramları (Gmail, Spotify, YouTube və s.) əhatə edir.

Yenilik öncə Android cihazlar üçün istifadəyə veriləcək. Bu bölmədə axtarışdan ötrü internet bağlantısına gərək yoxdur.

İstifadəçi hər hansı mobil proqramın nəticələr içində görünməsini əngəlləyə də bilər. Bölməyə standart proqramlarla yanaşı, yeni işlək proqramların da artırılacağı bildirilir. (Azadlıq Radiosu) /

Google+ WhatsApp ok.ru