Google-u ildırım vurub

Google bildirir ki, onun Belçikadakı məlumat mərkəzini dörd dəfə ildırım vurması nəticəsində disklərdəki informasiyalar silinib.
 
Nəticədə bəzi adamlar öz materiallarını itiriblər.
 
Bu da qeyd olunur ki, sonradan bir sıra zədələnmiş disklərdən məlumatları xilas etmək mükün olub.
 
Ümumiyyətlə, məlumatların saxlandığı yerlərin ildırımdan daha yaxşı qorunması zəruridir.
 
Ekspertlər bildirirlər ki, ildırım dörd dəfə vursa da, hər dəfə tam dəqiqliklə eyni vurmur.
 
Orion ildırımdan mühafizə xidmətinin layihə direktoru Justin Gale isə bildirir ki, ildırımın binadan kənarda yerləşən telekommunikasiya kabellərini vurması kifayət qədər ciddi fasilələr və qapanmalar yarada bilər.
 
O izah edib ki, kabellər binadan bir kilometrlik məsafədə vurulsa da, ildırım binadakı məlumat disklərinə təsir etmək gücündədir.
 
Bu barədə verdiyi internet bəyanatında Google bildirir ki, məlumatların yalnlız 0, 000001 faizitamamilə pozulub.
 
Şirkət həmçinin əmin edir ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək. /

Google+ WhatsApp ok.ru