`Google` 185 milyon dollar cərimə edildi 23 Yanvar 2016 02:00 Maraq dünyası 5,6 milyard dollar gəlir əldə edən şirkət dövlətə yalnız 29,2 milyon dollar vergi ödəyib. Böyük Britaniya “Google” şirkətini əlavə olaraq 185 milyon dollar vergi ödəməyə məcbur edib. "Google" Böyük Britaniya hakimiyyəti ilə razılıq əldə edib. Razılığa əsasən, “Google” 10 il ərzində ödəmədiyi vergilərin müqabilində Britaniyaya 185 milyon dollar kompensasiya ödəyəcək. Britaniya Vergilər Nazirliyinin hesablamalarına görə, İrlandiyada qeydiyyatda olması sayəsində "Google" ciddi şəkildə vergilərdən yayına bilib. Hakimiyyət “Google”u vergilərdən yayınmaqla qanunları pozmaqda ittiham edib. 2013-cü ildə şirkət 5,6 milyard dollar gəlir əldə etməsinə baxmayaraq, o, dövlətə yalnız 29,2 milyon dollar vergi ödəyib. Bu saziş mühüm presedent ola bilər, çünki digər Avropa ölkələri də “Google”un və digər transmilli korporasiyaların vergiləri optimallaşdırılması siyasətindən narazıdır. Ötən ilin dekabrından rəsmi London ölkədən çıxan gəlirlər üçün transmilli şirkətlərdən 25% gəlir vergisi ödənilməsini tələb edib. Bunun sayəsində ölkə büdcəsinə 1 milyard funtsterliq gəlir əldə edəcəyi bildirilir. Diverted Profit Tax adlanan vergi həmçinin “Google”un şərəfinə “Google vergisi” adlanır. anspress / Teqlər : #`Google` 185 milyon dollar cərimə edildi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “WhatsApp”da qoşa mavi xəttə son Dünyanın ən böyük buz və qar festivalı keçirilib - FOTO